Rusiyada erməni biznesmen öldürüldü

5 Oktyabr 2017 23:53 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, güllələnərək öldürülən şəxs biznesmen, erməni diaspor təşkilatının sədri Arsen Papazyandır.

Sinəsindən ağır güllə yarası alan Papazyan xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Onun kimlər tərəfindən və hansı səbəbdən güllələnməsi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.