Xəstəxanada bir gündə 8 körpə öldü

6 Oktyabr 2017 10:00 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Barpeta şəhərində qeydə alınıb.

Xəstəxana rəsmiləri hadisənin təsadüfi olduğunu iddia etsə də, faktla bağlı istintaq başladılıb.

Yerli əhali ölüm hallarına görə xəstəxana rəhbərliyini ittiham ediblər. Xəstəxanada tibbi xidmətin lazımi səviyyədə təşkil olunmaması ölüm hallarına əsas səbəb kimi göstərilir.

Assam ştatı Hindistanda ən çox uşaq ölümlərinin müşahidə olunduğu ikinci ştatdır.

Bəxtiyar Abbasov

AzNews.az