Valideynlərin müdafiə etdiyi direktor işdən çıxarılıb? - Rəsmi açıqlama

6 Oktyabr 2017 11:42 (UTC+04:00)

"Report"un xəbərinə görə, M.Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, direktor Qafar Hüseynov tədris ilinin başlanmasına qısa müddət qalmış əməliyyat olunub.

Onun sözlərinə görə, hazırda Q.Hüseynov xəstəliklə əlaqədar işə çıxmır: "Lakin o, hələ də kompleksin direktor vəzifəsində qalır. Ona görə də valideynlərin narahatlığının heç bir əsası yox idi. Bu gün məktəbdə fəaliyyət tam şəkildə əhatə olunub və bütün istiqamətlərdə işini səmərəli şəkildə davam etdirir".

İdarə müdiri onu da qeyd edib ki, hazırda BŞTİ-nin əməkdaşı orada direktor vəzifəsini müvəqqəti olaraq icra edir: "Onun xəstəliklə bağlı bülleteninin nə vaxta kimi olacağı barədə məlumatımız yoxdur".

AzNews.az