İranda bu il 70 nəfər edam edilib

21 Fevral 2013 09:24 (UTC+04:00)
İranın Kirmanşah şəhərində dünən 3 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbuslar barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Qərar səhər saatlarında Kirmanşahın həbsxanasında icra edilib.

İranın İnsan Haqları Fəalları Agentliyinin yaydığı məlumata görə, bu ölkədə 2013-cü ilin əvvəlindən indiyədək 14-ü əhalinin gözü qarşısında olmaqla, artıq 70 nəfər edam edilib.

AzNews.az