Zakir Həsənov Belarusa səfər edəcək

6 Oktyabr 2017 19:26 (UTC+04:00)

AzNews.az MN-nə istinadən xəbər verir ki, rəsmi səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Z. Həsənov həmçinin Belarus hərbi sənaye kompleksinə daxil olan müəssisələrə baş çəkəcək.