Bir neçə sığorta şirkətinin lisenziyası ləğv edilib

6 Oktyabr 2017 19:31 (UTC+04:00)

AzNews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, lisenziya sahiblərinin könüllü müraciətləri əsasında "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq sığorta agenti fəaliyyətinə "Nikoyl Lizinq Kompaniyası" MMC-yə verilmiş 01 iyun 2009-cu il tarixli, 000131 nömrəli, "Atəşgah Sığorta Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 iyun 2009-cu il tarixli, 000135 nömrəli və "İnteqral" Qapalı Səhmdar Cəmiyyətinə 19 oktyabr 2012-ci il tarixdə verilmiş 000789 nömrəli lisenziyalar ləğv edilib.