Bakıda mənzildə meyit tapılıb

6 Oktyabr 2017 20:36 (UTC+04:00)

AzNews.az FHN -nə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Onlar mənzilin qapısını açıblar və 1967-ci il təvəllüdlü Rubakova Valentina Vladimirovnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.