"Bavariya"nın keçmiş məşqçisi yenidən komandaya qayıtdı

6 Oktyabr 2017 20:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, komandanı yenidən Yupp Haynkes çalışdıracaq.

Bu gün onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 72 yaşlı mütəxəssis işinə oktyabrın 9-da başalayacaq.

Qeyd edək ki, Y.Haynkes bundan əvvəl 3 dəfə "Bavariya"nı (1987-1991, 2009, 2011-2013) çalışdırıb