Goranboyda ağır qəza - xəsarət alanlar var

6 Oktyabr 2017 21:13 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Kələk kəndində baş verib.

Belə ki, kənddə iki avtomobil toqquşub. Hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Yaralılardan biri uşaqdır.

Faktla bağlı araşdırma aparılır.