Şəmkir sakini ağacdan yıxılaraq ağır xəsarət alıb

6 Oktyabr 2017 23:12 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Daşbulaq kənd sakini 1964-cü il təvəllüdlü Qoca Əliyev yaşadığı evin həyətində olan qoz ağacından yıxılıb.

Bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.