10 yaşlı uşağı maşın vuraraq öldürüb

6 Oktyabr 2017 23:55 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şirinbəy kəndində baş verib.

VAZ-2106 markalı avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Əliyev Aqşin Türbət oğlunu vurub. Nəticədə uşaq aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.