Neftimizin qiyməti 59 dollara çatır

7 Oktyabr 2017 09:00 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 58,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 5-də 56,07 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,29 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 5-də 57,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,01 dollar/barel çoxdur.

AzNews.az