DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində IX tura yekun vurulacaq

7 Oktyabr 2017 09:26 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, son olaraq A, B və H qrupundakı komandalar meydana çıxacaqlar.

A qrupunda iddiaçılar Fransa, İsveç və Hollandiya uyğun olaraq Bolqarıstan, Lüksemburq və Belarusla qarşılaşacaqlar.

B qrupunda isə Portuqaliya və İsveçrə son turdakı liderlik savaşından öncə sürpriz xal itkisinə yol vermək istəmirlər.

H qrupunda mundiala vəsiqəni təmin etmiş Belçika Bosniya və Hersoqovina səfərinə yollanacaq. Bosniyalılar ikinciliyi əldən verməmək üçün mütləq qələbə qazanmalıdır. İkinci pillənin digər iddiaçısı Yunanıstan isə Kiprlə üz-üzə gələcək.

AzNews.az