ABŞ seçkilərində erməni dili

21 Fevral 2013 09:55 (UTC+04:00)


Amerikanın Los-Anceles şəhərində ilk dəfə olaraq seçkilər zamanı erməni dilindən də istifadə olunacaq. ANS PRESS-in məlumatına görə, bu yenilik ilk dəfə Los-Anceles şəhərində keçirilən ümumşəhər seçkilərində tətbiq olunacaq.

Los-Ancelesin şəhər klerki Cun Laqmey və seçkilər şöbəsinin rəisi Cekob Veksler mətbuata bildiriblər ki, seçkilərlə bağlı bütün materiallar, bülleten və broşürlər hazırdır. Ənənəvi olaraq seçkilərlə bağlı bütün məlumatlar ingilis, eləcə də çin, hind, yapon, koreya, ispan, tay, taqal və vyetnam dili olurdu. Los-Anceles seçkilər şöbəsinin rəisi Cekob Veksler bildirib ki, bu ildən etibarən ilk dəfə olaraq seçkilərdə erməni dilindən də istifadə olunacaq.

Qeyd edək ki, Los-Anceles şəhərində seçkilər 5 mart tarixinə təyin olunub. Şəhərdə ümumi şeçkilər zamanı müxtəlif vəzifələrə 77 nəfər namizədliyini irəli sürüb. Şəhər əhalisi mer, şəhər prokuroru və inspektor seçəcəklər.


AzNews.az