Qırğız Respublikası baş nazirinin müavini yol-nəqliyyat hadisəsində ölüb

7 Oktyabr 2017 10:28 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bişkek-Qara balta yolunda baş nazirin müavini Temir Cumakadırovun xidməti avtomobili ilə yük maşını toqquşub.

Nəticədə minik maşınında olan T. Cumakadırov və daha iki nəfər aldığı xəsarətdən ölüb.

1979-cu il təvəllüdlü T. Cumakadırov bu il baş nazirin müavini təyin edilib.

AzNews.az