Kralın sarayına hücum edilib - 3 ölü

7 Oktyabr 2017 16:48 (UTC+04:00)

“Report” “Aljazeera”ya istinadən xəbər verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi açıqlama yayıb.

Sarayın mühafizəçiləri hücumu dəf edib.

Məlumata görə, səfirlik ABŞ vətəndaşlarından uğursuz hücuma məruz qalan kral sarayının yerləşdiyi ərazidən kənarda gəzməyi istəyib.

Hadisə nəticəsində iki mühafizəçi və bir hücum edən öldürülüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanlı kralı oktyabrın 5-də Rusiyaya səfər edib. Onun oktyabrın 7-də ölkəsinə dönəcəyi bildirilir.

AzNews.az