“Faytonçu Nazim”i xəstə salan həkimin əmlakına həbs qoyuldu

7 Oktyabr 2017 17:02 (UTC+04:00)

Bu barədə APA-ya N. Pişyarinin vəkili Gülşən Salmanova məlumat verib.

Vəkil bildirib ki, bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Nazim Pişiyari ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətindəki problemlər nəinki azalıb, əksinə daha da kəskinləşib. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Həkim səhlənkarlığı və qeyri-peşəkarlıqla üzləşən müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

AzNews.az