Avtobusun altında qalan kişinin ayağı qopdu

7 Oktyabr 2017 17:12 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yolu keçmək istəyən piyadanı avtobus vurub. 75 yaşlı Hikmət Qul adlı şəxsin ayaqları avtobusun sağ təkərinin altında qalıb. Ağır yaralanan qoca təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyəti ağır olan xəstə reanimasiyadadır. Polis hadisə ilə bağlı arşdırma aparır.