AŞPA-nın yeni rəhbəri bu tarixdə seçiləcək

7 Oktyabr 2017 21:16 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib.

"Sədr assambleyanın prosedur qaydalarına uyğun olaraq AŞPA-nın oktyabrın 9-da Strasburqda keçiriləcək açıq sessiyasında gizli səsvermə ilə seçiləcək", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, yeni rəhbər 22-26 yanvar 2018-ci il tarixlərində Strasburqda keçiriləcək növbəti sessiyanın açılışınadək öz postunu tutacaq.

AzNews.az