Qadın qoz ağacından yıxılaraq ağır xəsarət alıb - Bərdədə

8 Oktyabr 2017 12:25 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Mollalı kənd sakini Sarıyeva Gülər Bəylər qızı yaşadığı evin həyətyanı sahəsində qoz yığan zaman ağacdan yıxılıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 46 yaşlı qadın Bərdə Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan verilən məlumata görə, xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilən G.Sarıyevaya qapalı kəllə-beyin, bədənin ümumi travması və sol qol sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.