Qubada ikimərtəbəli ev yanıb

8 Oktyabr 2017 21:24 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Quba rayonu, Yelenovka kəndində ümumi sahəsi 96 m2 olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və 1-ci mərtəbəsinə yığılmış 600 kq ot bağlaması yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.