Prezident özünə dəbdəbəli ad günü etdi

8 Oktyabr 2017 21:48 (UTC+04:00)

AzNews.az Teleqraf-a istinadən xəbər verir ki, cənub-şərqi Asiyanın neft və qaz təbii sərvəti ilə zəngin ölkəsi sayılan Bruneyin Sultanı Həsən əl Bulkiyə taxtdakı 50-ci ilini qeyd edir.

Bir ay davam edəcək bayram tədbirləri çərçivəsində sultan sarayında böyük bir ziyafət verib.

2 min qonağın dəvət edildiyi ziyafətdə şamdanlar, masalar, stullar və yemək dəstləri qızıl işləməli olub. Hər qonağa ayrı bir ofisiant xidmət edib. Sultan və həyat yoldaşı Saliha yeməyə qızıl və bahalı zinət əşyaları ilə bəzənmiş paltarla ziyafətdə iştirak ediblər. Cütlük ziyafət salonuna qızıl suyuna çəkilmiş maşınlarla daxil olublar.