Ev sahibi kirayənişin qadını döydü - Su qızdırıcısına görə

9 Oktyabr 2017 09:28 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, NZS qəsəbəsi, Həbibov küçəsi ev 49 ünvanında 45 yaşlı Səfərova Fatma Aydın qızı kirayə yaşadığı evdə su qızdırcısını söndürən ev sahibinə öz iradını bildirib. Ev sahibi (hələlik adı açıqlanmır) bundan əsəbləşərək kirayənişin F. Səfərovanın baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

AzNews.az