Atlantik okeanında azərbaycanlı kokain qaçaqmalçısı həbs edildi

9 Oktyabr 2017 11:04 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, gəmi oktyabr ayının 1-ində, Madeyra və Azor adaları arasında olan akvatoriyada həbs edilib.

Gəminin heyətində olan qaçaqmalçılardan biri Azərbaycan, digər 6 nəfər isə Türkiyə vətəndaşlarıdır.

Qeyd edək ki, kokainin həcmi 3.7 tondur. Polis bildirib ki, tacirlər kokaini satacaqları təqdirdə 262 milyon dollar qazanc əldə edəcəklərdi.

Bəxtiyar Abbasov

AzNews.az