Bank sahəsi ilə bağlı şikayətlər artıb

9 Oktyabr 2017 11:36 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə deyib.

K.Əliyev bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.

Onun sözlərinə görə, bank sahəsi ilə bağlı şikayətlər artıb: "Mənzil-tikinti sahəsində, bank, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur".

AzNews.az