14 yaşlı məktəbli bıçaqlandı

9 Oktyabr 2017 11:47 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 14 yaşlı məktəbli rayon 3 saylı orta məktəbində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az