İqtisadiyyat üzrə Nobel mükafatının sahibi məlum oldu

9 Oktyabr 2017 14:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata ABŞ-ın Çikaqo Universitetinin alimi Riçard Taler layiq görülüb.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.