"Mercedes" iki qadını vurub öldürüb - Sumqayıtda ağır qəza

9 Oktyabr 2017 14:43 (UTC+04:00)

AzNews.az DİN-nə istinadən xəbər verir ki, oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini - Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub.

Piyadalar hadisə yerində ölüblər. Sumqayıt ŞPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.