Təmirdən sonra kommunikasiya xətlərindəki problemə görə məsuliyyət aidiyyatı qurumların üzərinə düşür - “Azəravtoyol”

9 Oktyabr 2017 15:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC məlumat verib.

“Rəsmi olaraq bildirmək istəyirik ki, yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur. Əgər işlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa, bu işlər aparılır. Əgər sözügedən qurumlar orda hər-hansı bir işin aparılmasının zərurəti olmadığı barədə “Azəravtoyol” ASC-ə məlumat verirlərsə o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır. İstənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər-hansı bir problem yaşanırsa, bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür”, - deyə məlumatda qeyd olunub.