AŞPA-nın yeni prezidentini seçmək mümkün olmayıb

9 Oktyabr 2017 20:20 (UTC+04:00)

APA-nın Avropa müxbiri xəbər verir ki, kiprli Stella Kyriakides 121 səs, litvalı Emanuelis Zingeris isə 69 səs alıb.

Namizədlərdən birinin qalib gəlməsi üçün minimum 152 səs yığması tələb olunur.

Sabah səhər saatlarında seçkilərin sonuncu - üçüncü turu keçiriləcək. Üçüncü turda daha çox səs yığacaq namizəd qurumun prezidenti elan ediləcək.

AzNews.az