Fransa qərarını verdi - Tanımayacaq

9 Oktyabr 2017 20:35 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransanın Avropa məsələləri üzrə naziri Natali Lisau bəyan edib ki, Kataloniya müstəqillik qazanarsa, bu birtərəfli olacaq və tanınmayacaq. Tərəfləri məsələni dialoq çərçivəsində həll etməyə çağıran Lisau bildirib ki, Kataloniya müstəqilliyini elan edəcəyi təqdirdə bunun ilk nəticəsi onun Aİ-dən çıxması olacaq.