YUNESKO-nun yeni baş direktoru seçilə bilməyib - Səbəb

9 Oktyabr 2017 22:00 (UTC+04:00)

AzNews.az "Ria Novosti"yə istinadən xəbər verir ki, buna səbəb namizədlərdən heç birinin birinci mərhələdə lazımi səsi toplaya bilməməsi olub.

YUNESKO-nun yeni rəhbəri vəzifəsinə 7 ölkənin nümayəndələri namizədliyini irəli sürüblər. Onların arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Vyetnamın YUNESKO üzrə Milli Komissiyasının rəhbəri Suan Şon Fam və Misirin ailə və cəmiyyəti üzrə sabiq naziri Muşir Xəttab var.

Səsvermənin növbəti mərhələsi sabah keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-nə qədər elan ediləcəyi gözlənilir.