39 yaşlı kişi qonşusu tərəfindən döyüldü

9 Oktyabr 2017 22:10 (UTC+04:00)

"Report"un Qarabağ bürosu məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Bərdə şəhər sakini, 39 yaşlı Xaləddin Ramazanov öz qonşusu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən X.Ramazanovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az