Avtomobillər toqquşdu - Yaralananlar var

9 Oktyabr 2017 23:19 (UTC+04:00)

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil "VAZ-2106" markalı minik maşını ilə toqquşub. "VAZ-2106"nın sürücüsü, Mingəçevir şəhər sakini Rövşən Mustafayev və onun avtomobildə olan oğlu maşının aşması nəticəsində xəsarət alıb. İdarəetmədən çıxan "VAZ-2107" markalı avtomobil isə yol kənarında dayanan insanların üzərinə gedərək onların bir neçəsinə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az