Şəmkirdə atası tərəfindən baltalanan qızın olay təfərrüatları: “Ərindən boşandıqdan sonra...”

10 Oktyabr 2017 10:46 (UTC+04:00)

Çaparlı kənd sakinləri AzNews.az-a açıqlamasında bildirib ki, İsmayıl Əhmədov həmişə ailə üzvlərinə işgəncə verib:

“İsmayıl tək qızını deyil, bütün ailə üzvlərini döyür. Dəfələrlə oğlunu, qızını, arvadını döyüb. Münaqişəli bir ailədir. İsmayılın səhhətində problemlər var. Bundan istifadə edib hamıya şiddət göstərir. Biz dünən eşitdik ki, İsmayıl qızını möhkəm döyüb, sonra da baltalayıb. Belə hadisələr çox olub. Onun bir oğlu, bir qızı var. Qızı ailə qurub, boşandıqdan sonra atası evinə qayıtmışdı. Onların ailə davasına dəfələrlə polis gəlib”.

Qeyd edək ki, Şəmkirdə ata qızını baltalayıb. Hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bahar RÜSTƏMLİ

AzNews.az