Qanunsuz ov edən şəxslər saxlanıldı

10 Oktyabr 2017 16:03 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən Məmmədli kəndi ərazisində qanunsuz ovla məşğul olan kənd sakinləri Nazir Əliyevdən və Süleyman Məmmədovdan 2 ədəd “TOZ” markalı ov tüfəngi götürülüb.