Bakıda kütləvi dava - 2 nəfər ağır yaralandı

10 Oktyabr 2017 17:22 (UTC+04:00)

Lent.az xəbər verir ki, Nizami rayonu ərazisində bir qrup şəxs arasında dava düşüb. Bu zaman 28 yaşlı Qərib Səfərov bıçaqlanıb. 33 yaşlı Ruslan Hüseynovun isə körpücük sümüyü sındırılıb. Onların ikisi də 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, davada iştirak edən 4 nəfər qaçıb. Onların bəzilərinin kimliyi müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az