Elşad Xose təkzib etdi: “Həbs olunmamışam”

21 Fevral 2013 11:59 (UTC+04:00)
"Mən həbs olunmamışam. Bunlar şaiyədir. Başa düşə bilmirəm, mən kimin üçün bu qədər maraqlıyam? Görürlər bir şey tapmırlar, yalandan çıxarırlar ki, Elşad Xose həbs olunub."

Bunu AzNews.az-a reper Elşad Xose bildirdi. Xatırladaq ki, E.Xosenin həbsi barəsində məlumat Nəsimi Rayon Polis İdarəsindən verilib. Məlumata görə, reperi bir neçə gün əvvəl idarənin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları saxlayıblar. Onun üzərindən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Bahar Rüstəmli
AzNews.az