Moskvada Xocalıyla bağlı etiraz aksiyası olacaq

21 Fevral 2013 12:10 (UTC+04:00)
Rusiya paytaxtında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiyanın təşkilatçısı Azərbaycan-Yəhudi Dostluq İcması (AYDİ) təşkilatıdır.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, artıq Moskva meriyası təşkilatçılara aksiyasının keçirilməsinə razılıq verib. Moskva meriyasının Taqanskiy rayon prefekturasının təşkilata göndərdiyi cavab məktubunda Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı təşkil olunan aksiyanın fevralın 24-də Moskvanın "Kitay Qorod" metrosunun yaxınlığında yerləşən "Yauzskie vorota" meydanında keçirilməsinə icazə verildiyi bildirilir.

Aksiya saat 15:00-da başlayacaq.

AzNews.az