Azərbaycanın ən yaxşı mobil operatoru - Bakcell seçildi

11 Oktyabr 2017 13:05 (UTC+04:00)

Aznews.az xəbər verir ki, bunu Bakcell şirkətinin nümayəndəsi Nikolai Backers keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu test avqust ayında aparılıb. Mobil rabitə şəbəkələrinin müqayisəli testleri sahəsində beynəlxalq lider ve en etibarlı müstəqill təşkilat olan "P3 Communications" şirkəti tərəfindən aparılıb. Şirkətin tətbiq etdiyi test metodologiyası xidmətlərin geniş spektrli müştəri təcrübələrinin ölçülməsinə hesablanır.

Şirkət nümayəndəsi qeyd edib ki, 100% səyyar test formasında təşkil olunan bu sınaqlarin 55 %- i Bakı, Gəncə, Şəki, Şirvan, Quba, Mingəçevir, Sumqayıt şəhərlərində, qalan hissəsi isə Xırdalan, Qəbələ, Xaçmaz, Lənkəran şəhərləri arasında aparılıb.