“Azərbaycan iqtisadi inkişafa uğurlu siyasətin nəticəsində nail olub” - Millət vəkili

11 Oktyabr 2017 15:49 (UTC+04:00)

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bir çox layihələrin, proqramların, yol xəritələrinin müvəffəqiyyətlə icra olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vacib tapşırıqlar da verdi: “Ən başlıcası qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, ixracın, sənaye istehsalının artırılması, məşğulluğun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması sahəsində verilən tapşırıqlar və qarşıya qoyulan vəzifələr bir daha göstərdi ki, dövlət başçısı iqtisadiyyatın dinamik inkişafında inamlı və israrlıdır”.

Deputat qeyd edib ki, 9 ayın yekunlarına görə qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artıb: “Xarici ticarət dövriyyəsinin 7 faiz artması, valyuta ehtiyatlarının 42 milyard dollara çatması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir”.

AzNews.az