Maqnit qasırğası artıq başladı - Daha çox harada hiss olunacaq?

11 Oktyabr 2017 16:46 (UTC+04:00)

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

E.Babayevin sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb: "Qasırğa gün ərzində davam edəcək. Günəş plazma küləyinin sürəti artqı 400 km/san-dir ve getdikcə artmaqdadır.

Planetlərarası maqnit sahəsinin Z komponentinin cənuba doğru yönəlməsi həyəcanlaşmanı daha da artırır. Bu dəfəki qasırğa yuxarı en dairələrində daha çox hiss ediləcək".

Qeyd edək ki, artıq ötən gündən Yerdə güclü maqnit qasırğası başlayacağı barədə xəbər verilib. Trend-in məlumatına görə, maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.

Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.

AzNews.az