Bağlanan bankların əmanətçilərinə 748 mln. manat ödənilib

11 Oktyabr 2017 18:17 (UTC+04:00)

AzNews.az Fonda istinadən xəbər verir ki, ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. manat olmaqla, onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2,099 mln. manatı kompensasiya olunan əmanətlərdir. 10 oktyabr 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1,837 mln. manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262,485 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək adıçəkilən bankın qorunan əmanətçilərinə 24,191 mln. (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

"Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976,441 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənişi həyata keçirilib.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 120,408 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

"Parabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 43,222 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya ödənişi edilib.

"Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 72,196 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.

"Kredobank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 27,914 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) kompensasiya ödənişi verilib.

"Dekabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 3,088 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) kompensasiya ödənilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 14,352 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

"Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 2,004 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 10 oktyabr 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 437,745 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747,937 mln. manatdan artıq kompensasiya ödənilib.