Çavuşoğlu ilə Tillerson arasında telefon danışığı olub

11 Oktyabr 2017 22:02 (UTC+04:00)

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, tərəflər Türkiyə ilə ABŞ arasında vizaların verilməsinin qarşılıqlı olaraq dayandırılmasını müzakirə ediblər.

Telefon danışığı yarım saat çəkib.

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun bir əməkdaşının casusluqda ittiham olunaraq həbs olunmasından sonra iki ölkə qarşılıqlı olaraq viza müraciətlərini müddətsiz təxirə salıb.