"Araz" UEFA kubokuna darmadağınla başladı

11 Oktyabr 2017 23:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Araz”ın yer aldığı VIII qrupun oyunları Rumıniyada keçirilib. Joze Alessionun komandası ilk oyununu "Mostar"a qarşı keçirib və 5:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yalnız qrup qalibi Elit raunda vəsiqə qazanacaq.

"Araz” növbəti oyunlarını 12 və 14 oktyabrda keçirəcək. Təmsilçimiz müvafiq olaraq "Sent Endryus” və "Deva” ilə üz-üzə gələcək.