Dünyada ən yaxşı "iş verən" şirkətlər - Reytinq

12 Oktyabr 2017 00:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, siyahının lideri Google-un ana şirkəti "Alphabet"dir.

İkinci pillədə Microsoft şirkəti, üçüncü pillədə Tokio fond birjası Japan Exchange Group qərarlaşıb.

Jurnalın fikrincə hər üç şirkət iş axtaranlar üçün ən çox müraciət edilən, ən arzuolunandır.

Siyahının sonrakı pillələrində Apple, İBM, LG Corp yerləşir.

Ümumilikdə, reytinqə 500 şirkət daxildir. Bu şirkətlərdən 165-i Avropa, 157 ABŞ, 44-ü Çin, 41 Yaponiya şirkətləridir.

Forbes qeyd edir ki, reytinq müxtəlif şirkətlərin əməkdaşları arasında keçirilən sorğu əsasında tərtib edilib. Sorğu zamanı işə götürən şirkətlərin imici, işçini qiymətləndirməsi meyarı, əmək şərtləri barədə soruşulub.