Çingiz Qənizadə Hacı Qalib Salahzadəyə qarşı şikayətini geri götürüb

12 Oktyabr 2017 10:15 (UTC+04:00)

Bu barədə APA-ya Ç. Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. O deyib ki, Q. Salahzadə Ç. Qənizadənin məhkəməyə müraciət etməsindən sonra mətbuatda işlətdiyi sözlərdən imtina edib və buna görə də Ç. Qənizadə şikayətini geri götürmək barədə qərara gəlib: "Çingiz müəllim gördü ki, o qeyri-ciddi adamdır, ona görə də belə bir adamı məhkəməyə verməyə dəyməz, dedi. Qalib Salahzadə mətbuata son açıqlamasında dediklərinin yalan olduğunu özü də etiraf elədi".

Qeyd edək ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.

Buna səbəb son vaxtlar Q. Salahzadənin Ç. Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.

Şikayətə Sabunçu Rayon Məhkəməsində baxılırdı.

AzNews.az