İntihar edən 21 yaşlı gəncin son mesajı: “Ata, mən getdim…”

12 Oktyabr 2017 11:38 (UTC+04:00)

Xıdırlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Emin Əsədov maddi vəziyyəti yaxşı olan bir ailənin övladıdır:

“Günün-günorta vaxtı özünü asıb. Səhhətində heç bir problem olmayıb. Özü də yaxşı oxuyan, sakit bir gənc idi. Emin imkanlı ailənin uşağıdır. Onların maddi vəziyyəti çox yaxşıdır. Ailədə 2 qardaşı, bir bacısı var. Onun ölümü ailəsinə də qaranlıqdır. Emin həmin günü günorta saat 1-ə kimi yatıb. Dostlarından biri gəlib, onu çağırıb. Gedib, qayıdandan az sonra anası görüb ki, Emindən səs–səmir çıxmır. Zəng edib, telefonuna zəng çatmayıb, bundan narahat olub. Anası tez ora-bura baxıb, görüb ki, evin damında özünü asıb”.

Sakinlərin sözlərinə görə, Emin Əsədov intihar etməmişdən öncə telefonda atasına mesaj yazıb: “Yazıb ki, “Ata, mən getdim”. Sonra anasına da mesaj yazıb. Amma anası həmin vaxt paltar yuduğundan telefona baxa bilməyib. 20 gün bundan əvvəl sinif yoldaşı nişanlanmışdı. Bu xəbərdən çox sevinib. Ordan gələndə anasına deyib ki, “mən də nişanlanacam”. Arzusu ürəyində qaldı. Anası deyir ki, Emin arada “özümü öldürəcəm”-deyə fikirlər də səsləndirirmiş”.

Səlyanda intihar hadisəsi baş verib. Rayonun Xıdırlı kənd sakii, 1996-cı il təvəllüdlü Əsədov Emin Məhərrəm oğlu özünü yaşadığı evin həyətində asaraq həyatına son qoyub.

Bahar RÜSTƏMLİ

AzNews.az