Bolqarıstan prezidenti Bakıya gələcək

12 Oktyabr 2017 11:25 (UTC+04:00)

"Report" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, səfər oktyabrın 13-14-də baş tutacaq.

R.Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşəcəyi gözlənilir.

Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Bolqarıstana tədarükü, eləcə də aktual beynəlxalq problemlərin və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

AzNews.az