Son 84 ilin ən dəhşətli yanğını – Ölü sayı 31-ə çatdı (Video)

13 Oktyabr 2017 10:15 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 100-lərlə insan hələ də itkin hesab olunur.

Vəziyyətlə əlaqədar ölü sayının artması ehtimalları yüksəkdir.

Qeyd edək ki, Kaliforniyada bir neçə gün əvvəl baş qaldıran yanğının qarşısını almaq hələ ki, mümkün olmayıb. Regionda hava şəraitinin quru və küləkli keçməsi yanğınların qarşısını almağa mane olur. Hazırda 8 mindən çox yanğınsöndürən alovla mübarizəyə qoşulub.

Yanğınlar nəticəsində indiyə qədər 3500 ev tamamilə yanaraq külə çevrilib. 25 min insan evlərindən təxliyə edilib. Yanğın ümumilikdə 69 min hektara yaxın ərazini məhv edib.

Rəsmilər hazırda müşahidə olunan yanğınları son 84 ilin ən dəhşətli fəlakəti adlandırıb.

Bəxtiyar Abbasov

AzNews.az